Bu ölkədə təhlükə: uşaqların sayı azalır
05.05.2019
Yaponiyada 15 yaşa qədər uşaqların sayı rekord səviyyədə azalaraq 15.33 milyona enib.
Bu barədə Yaponiyanın Daxili İşlər Nazirliyi informasiya yayıb.
Yaponiyada 1 aprel 2019-cu il göstəricilərinə görə, 7.85 milyon oğlan, 7.48 milyon isə 15 yaşına çatmayan qız uşağının olduğu açıqlanıb. Ötənilki göstəricilərlə müqayisədə bu rəqəm 180 min nəfər azalıb.
Yaponiyada uşaqların sayının azalması ardıcıl 38 ildir qeydə alınır. Əhalinin ümumi sayının cəmi 12.1 faizini 15 yaşa qədər uşaqlar təşkil edir. Ölkədə il ərzində uşaqların sayında artım qeydə alınan yeganə rayon Tokio olub.
Xatırladaq ki, Yaponiya əhalisinin yaşlanması, daha doğrusu əməkqabiliyyətli əhali arasında gənclərin rolunun azalması və təqaüdçülərin artması bu ölkənin ən böyük sosial problemlərindən biridir.