İsrail Qəzzada 200 hədəfi vurdu
05.05.2019
Fələstin tərəfinin İsrail istiqamətində 430 raket buraxmasına cavab olaraq İsrail ordusu Qəzza zolağındakı 200 hədəfə zərbə endirib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti informasiya yayıb.
"İsrailin ordusu gecə ərzində 60, hadisələr ərzində isə 200 hədəfə hücum edib. Qəzza sektoru istiqamətində aviazərbələr davam edəcək”, - ordudan bildirilib.