Ruhani: Müqavimət göstərməliyik
04.05.2019
Tehranın sabit valyuta ehtiyatlarını hədəf alan Vaşinqton sanksiyalarına cavab olaraq, İran öz qeyri-neft ixracını artırmalı və neft satışına davam etməlidir. ONA-nın xəbərinə görə, bunu İran prezidenti Həsən Ruhani televziya çıxışında bildirib.
"Amerika xarici ehtiyatlarımızın azaldılmasına çalışır. Buna görə də biz sabit valyuta gəlirimizi artırmalı və valyuta xərclərini azaltmalıyıq", - deyə İran prezidenti qeyd edib.
"Biz qeyri-neft məhsullarının istehsalını və ixracını artırmalı və neftin satışına qarşı olan Amerikanın planlarına müqavimət göstərməliyik", - deyə H. Ruhani vurğulayıb.