21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyəyə “Su-57” verə bilərik - Sergey Çemezov

04.05.2019

Türkiyə beşinci nəsil "Su-57” qıcılarının alınması ilə maraqlansa, Rusiya tərəfi onları tədarük etməyə hazırdır.
"Ahaber”in məlumatına görə, bunu "Rostex” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.
"Türkiyə tərəfdən istehsalın lokallaşdırılması və ya rusiya texnologiyalarının transferi ilə bağlı təklif gəlsə, onu böyük məmnuniyyətlə nəzərdən keçirəcəyik. Qalan məsələlər tərəflər arasında aparılan danışıqların əsasında razılaşdırıla bilər”, - deyə baş direktor bildirib.
Onun sözlərinə görə, "Su-57”nin ixracına icazə verən sənədlər artıq razılaşdırılıb.
Qeyd edək ki, "Suxoy” Su-57 (rus. Сухой Су-57) (T-50 PAK FA, Т-50, И-21) - Rusiya çoxyönümlü 5-ci nəsil qırıcı təyyarəsidir. "Suxoy” birləşmiş konstruktor bürosu tərəfindən layihələndirilib, Т-50 şərti adı altında tanınır.
Əsas üstünlüyü radara görünməməsidir. Bu təyyarə Rusiya HHQ-lərindəki Su-27 və MiQ-29-ları əvəz etmək üçün hazırlanıb. Əsas rəqibləri Amerika F-22 və F-35 təyyarələri olan T-50 ilk uçuşunu 29 yanvar 2010-cu ildə edib. Rusiya bu təyyarələrdən 1000 ədəd istehsal etməyi planlaşdırır.
"Su-57” qırıcısı qanadları altında daşıdığı "hava-hava” sinfindən olan raketlərinin uzaq məsafələrdəki hədəfləri vurmasından ötrü maksimal kinetik enerji ilə təmin edilib və o, öz konstruksiyanın gücünə əsasən, həm yüksək sürətlə, həm də ki daha hündürdən uça bilər.

"Su-57” birinci uçuşu 2010-cu il yanvarın 29-da Komsomolsk Amurda olub. Qırıcının ixracat versiyasının istehsalına 2020-ci ildə başlanması nəzərdə tutulub.