21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dünya Bankının meneceri ÖLKƏMİZDƏ

03.05.2019

Alman-Azərbaycan Xarici Ticarət Palatası ("AHK Azərbaycan”) üzv şirkətlər üçün təşkil etdiyi növbəti AHK-İmpuls tədbirinin fəxri qonağı Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi olub.
"AHK Azərbaycan"dan  bildirilib ki, o, "Azərbaycanın iqtisadi perspektivləri" adlı təqdimatla çıxış edərək dünyadakı iqtisadi və biznes mühitini təhlil edən son beynəlxalq hesabatlar haqqında məlumat verib. N.Naqvi Azərbaycanın "Doing Business 2019" hesabatında 25-ci pilləyə yüksəlməsi ilə bağlı uğurunu vurğulayıb, Dünya Bankının və beynəlxalq təşkilatların bu nailiyyəti yüksək qiymətləndiriyini bildirib.
2019-cu il üzrə İnsan Kapitalı İndeksində Azərbaycanın 69-cu yerdə qərarlaşdığını, insan faktorunun biznesin təşkil olunması və innovasiya üçün vacib mənbə rolunu oynadığını qeyd edən N.Naqvi hökumət və cəmiyyət arasında sosial əlaqələrin gücləndirilməsində mühüm amil olan insan kapitalının inkişafının zəruriliyini diqqətə çatdırıb. Xüsusilə qeyd olunub ki, Azərbaycanda bazarın inkişafını təmin edən iki əsas mənbə var: neft və insan kapitalı. Ölkədə diqqətin neft sektorundan insan kapitalının inkişafına yönəldilməsinin önəmi vurğulanıb. Qonaq, həmçinin Azərbaycanda təhsil sisteminin və səhiyyə sektorunun inkişafında hökumətin rolunun əhəmiyyətini qeyd edib.
Bundan əlavə, o, son prezident seçkilərindən ötən dövrdə dövlət orqanlarında tətbiq olunan yeni idarəetməni yüksək qiymətləndirdiyini bildirib və digər nazirliklərlə bərabər, Vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində həyata keçirilən yeni təyinatları xüsusilə qeyd edib. O, çıxışının sonunda ölkənin iqtisadi perspektivlərinin inkişaf etdirilməsində bilik və praktiki bacarıqların əhəmiyyətini də vurğulayıb.
Tədbirdə "Effektiv korporativ idarəetmə üzrə üç müdafiə xətti" mövzusunda təqdimat olub.