03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şimali Koreya liderinin İLK XARİCİ SƏFƏRİ +FOTO

28.03.2018

Şimali Koreya lideri, Koreya Əmək Partiyasının sədri Kim Çen In prezidentliyi dövründə ilk xarici səfərini Çinə edib.
"Dövran Media" xarici mətbuata istinadən xəbər verir ki, səfər Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti əsasında baş tutub. Səfər zamanı Kim Çen Inı həyat yoldaşı da müşayiət edib.
Səfər zamanı Çin Kommunist Partiyasının rəhbər şəxsləri ilə keçirilən görüşündə Si Cinpin Kim Çen Inın ölkəsinə ilk səfərinin onun Çin ilə, habelə iki ölkənin hakim partiyaları arasında əlaqələrə verdiyi əhəmiyyətin göstəricisi kimi qiymətləndirib. ÇXR sədri Çin-KXDR dostluğunun hər iki tərəf üçün dəyərli olduğunu qeyd edib.
Bu dostluğun hər iki tərəfin etdiyi ən doğru və strateji seçim olduğunu vurğulayan Si Cinpin, bunun tarixi reallığa, beynəlxalq və regional struktura söykəndiyini deyib.
Hazırda Koreya yarımadasında vəziyyətin sürətlə dəyişdiyini və bir çox vacib dəyişikliklərin yaşandığını bildirən Kim Çen In deyib ki, bu barədə Çin lideri Si Cinpini şəxsən məlumatlandırmaq istəyib.
Tərəflər yarımadakı vəziyyətlə əlaqədar fikir mübadiləsi aparıblar.
Ölkəsinin yarımadada gərginliyin azaldılması və sülh danışıqları üçün təşəbbüs irəli sürdüyünü diqqətə çatdıran Kim Çen In deyib ki, biz KXDR-in əvvəlki liderlərinin bilavasitə iradəsi ilə davamlı olaraq yarımadanın nüvə silahsızlaşdırılmasına tərəfdar olduğumuzu bildirmişik. Biz Koreyalararası əlaqələrin sülh və əməkdaşlıq münasibətlərinə keçməsi və iki Koreya lideri arasında görüşün təşkili məsələsində fikrimiz qətidir. KXDR ABŞ ilə də dialoqun qurulmasına və iki ölkənin liderləri arasında görüşün təşkilini arzulayır.
"Koreya yarımadasında nüvə silahsızlaşdırılması məsələsi Cənubi Koreya və ABŞ-ın bizim səylərimizə xoşməramlı cavabı, sülhün təminatı üçün tərəqqipərvər və sinxron tədbirlər ilə sülh və sabitlik mühitinin yaradılması vasitəsilə həll oluna bilər”, -deyə KXDR lideri bildirib.
Kim Çen In əlavə edib ki, ölkəsi prosesin gedişində Çin ilə strateji kommunikasiyanın möhkəmləndirilməsinə, birgə səylər ilə dialoq və məsləhətləşmələr tendensiyasının qorunub saxlanılmasına ümid bəsləyir.