Ərdoğanın portreti götürülüb? - İmamoğlundan AÇIQLAMA
03.05.2019
İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun iş otağında prezident Rəcəb Tayyib Ərdoğanın fotosunun götürüldüyü, yerinə Mustafa Kamal Atatürkün rəsminin asıldığı iddia edilib.
KİV-in məlumatına görə, bu məsələyə aydınlıq gəlməsi üçün Əkrəm İmamoğlunun iş otağının yeni görüntüsü paylaşılıb. Məlum olub ki, Ərdoğanın fotosu iş otağından götürülməyib, sadəcə onun yeri dəyişdirilib.
Hazırda İstanbul Böyükşəhər Bələdiyyəsi rəhbərinin başı üstündə Mustafa Kamal Atatürkün, sağ divarda isə Rəcəb Tayyib Ərdoğanın portreti asılıb.