Tramp: Artıq vaxtı çatıb
03.05.2019
ABŞ Venesuela xalqına yardım etməyə hazırdır.
Bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.
O bildirib ki, Venesuela xalqının məruz qaldığı sərt repressiyalara son qoymağın vaxtı çatıb:
"İnsanlar aclıqdan əziyyət çəkirlər. Onların yeməyi, suyu yoxdur, amma bu ölkə nə zamansa dünyanın ən zəngin dövlətlərindən biri idi. Biz onlara yaxşı günlər arzulayırıq. Biz yardımınıza gələcəyik”.