CHP-dən Ərdoğana inanılmaz İTTİHAM +VİDEO
27.03.2018
Hökumət niyə FETÖ-nün siyasi qanadını təmizləmir?
"Dövran Media" xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu partiyasının qrup toplantısında çıxışı zamanı deyib.
"OHAL-dan sonra nazirlər açıqlama yaydılar. "Ordudakı, təhsildəki, məhkəmədəki FETÖ-çuları təmizlədik” deyirlər. Bəs niyə o zaman OHAL davam edir? Səbəb FETÖ-nun siyasi qolunun ortaya çıxmaması və millətin danışmaması üçündür. Buradan ilk dəfədir deyirəm: FETÖ-nun bir nömrəli siyasi qolu prezident kürsüsünü işğal edən şəxsdir. Versin məhkəməyə, isbat edəcəyəm” – deyə o bildirib.