Rusiyaya qarşı “ağrılı sanksiya" planı
02.05.2019
ABŞ-a Rusiyaya qarşı ağrılı sanksiyalar planı lazımdır.
Bunu Konqresin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsindəki dinləmələr zamanı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland deyib. Onun sözlərinə görə, sanksiyalar özündə hüquqi və normativ cəzalanmalar paketi ehtiva etməlidir.
Qeyd edək ki, bundan öncə ABŞ senatorları Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi tələbiylə çıxış etmişdilər. Onlar Moskvaya qarşı sanksiyaların yetərli effekt doğurmadığını və buna görə də onun sərtləşdirilməsi gərəkdiyini bildirmişdilər.