Zaxarova: "Bunu unutmaq çətin olacaq..." - Avropaya SƏRT MESAJ
27.03.2018
"Dövran Media" xəbər verir ki, bu gün Avropa və Amerika ölkələrinin siyasəti ilə bağlı çox şeyləri başa düşdük. Bütün ruslar Kemerovo qurbanlarının faciəsini yaşadıqları anlarda, yeni düşməncilik elan etmək onlar ücün daha vacib oldu. Biz isə amerikalıların və avropalıların evlərinə bəla gələndə həmişə onların dərdlərinə şərik olmuşuq. Bu gün biz başsağlığı sözlərini eşitsək də, əməldə hec nəyə əsaslanmayan bir təcavüz gördük. Bu inanılmazdı və bunu unutmaq da çətin olacaq – deyə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Facebook səhifəsində yazıb. Daha öncə Avropa Birliyinin 16 ölkəsi, eləcə də ABŞ, Kanada, Norveç, Ukrayna və bir sıra digər ölkələr Solisberidəki məlum hadisəylə bağlı rus diplomatlarını ölkədən çıxarmaq qərarına gəliblər. Xüsusilə ABŞ səlahiyyətliləri, 48 rus diplomatını və Birləşmiş Millətlər Təşkilatındakı Rusiya Missiyasının 12 əməkdaşını geri göndərdiklərini və Rusiyanın Sietlidəkı baş konsulluğunun bağlanmasını bildiriblər.