21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İrana qarşı ən sərt sanksiyalar qüvvəyə minir

02.05.2019

ABŞ-ın İrana qarşı sanksiyaları bu gündən tam qüvvəyə minir.
Sanksiyalara əsasən, ABŞ İran neftinin idxalı ilə bağlı indiyə qədər verdiyi imtiyazları ləğv edəcək.
Qeyd edək ki, ABŞ İran neftinə qarşı sanksiyaları keçən ilin noyabrında tətbiq edib. Sanksiyaların tətbiqindən sonra bir neçə dövlətə altı ay ərzində İran neftindən asılılıqlarını azaltmaları ilə bağlı izn verilib. Aprelin sonunda isə ABŞ bu imtiyazları tam ləğv edəcəyini açıqlayıb.
Vaşinqtonun bu qərarı dərhal neft bazarında kəskin reaksiyaya səbəb olub. "OPEK+” ölkələrinin bazarda neft defisitinə imkan verməyəcəkləri ilə bağlı bəyanatı bazarın müəyyən qədər stabilləşməsinə səbəb olub. Daha sonra analoji açıqlamanı ABŞ da verib. Belə ki, Vaşinqton İrandan sonrakı neft boşluğunu Səudiyyə Ərəbistanı və BƏƏ-nin dolduracağını açıqlayıb.