21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Gürcüstanın bizə qarşı sərhəd tələbləri artır

01.05.2019

Azərbaycanla Avropa Birliyi arasında anlaşma üzərində işin yekunlaşacağı, Azərbaycan Prezidentinin mayın 13-də Brüsselə zirvə görüşünə gedəcəyi zamanda bir yandan Ermənistanın bizi yeni təxribatlara çəkmək cəhdləri (müdafiə nazirlərinin son dedikləri və sərhədçilərimizlə atışma), o biri yandan da Gürcüstanın bizə qarşı sərhəd tələbləri artır.
Bunu politoloq Erkin Qədirli qeyd edib. O bildirib ki, bu təxribatı törədən Ermənistanın arxasında Rusiyanın dayanması aydın məsələdir:
"Rusiya bizim Avropa Birliyi ilə yaxınlaşmağımızı istəmir, burası da aydındır. Gürcüstan tərəfdən, özü də prezident səviyyəsində bizə qarşı "sərhəd tələbləri”nin arxasında da Rusiya dayanırmı? Gürcüstandakı yeni hökumətin Rusiyaya bağlılığı haqqında Gürcüstanın özündə də söz-söhbətlər var. Hərçənd, nə desəniz ola bilər. Bununla belə, Gürcüstanın öz oyunu da ola bilər. AB ilə razılaşma öncəsi Azərbaycandan "torpaq qoparmaq” (sərhəd dəyişdirmək) istəyə bilərlər. İmtina alacağını bilə-bilə bunu niyə etsin ki?
Azərbaycanı Avropanın gözündə danışıq apara bilməyən, anlaşmaq istəməyən tərəf kimi göstərməkdə maraqlı olanlar az deyil. Göründüyü qədərilə, öz aramızda da elələri var. Gürcüstan da bu oyuna daxil oldusa, onlarla ciddi danışmaq gərəkdir. Gürcüstan ölkəmizdən çox asılıdır”.
Politoloq Gürcüstanın sərhədlə bağlı komissiyaya müraciət etmək əvəzinə prezident səviyyəsində bəyanatlar verməsinin arxasında başqa planların dayandığını bildirib:
"Sərhədlə bağlı dövlətlərarası komissiya var. Gürcülər həmin komissiya çərçivəsində işi davam etdirmək yerinə prezident səviyyəsində ard-arda bir neçə dəfə tələb irəli sürməyi, müxalif partiyalardan birinin rəhbəri vasitəsilə sərhədçilərimizi və dövlətimizi aşağılamağı seçirsə, bunun arxasında başqa məqsədlərin olduğunu güman etməyə əsas yaranır.
Ölkəmizin Avropa ilə yaxınlaşmasını istəməyən iki qonşumuz - Rusiya və İran - Ermənistanla yanaşı, Gürcüstan üzərindən də bizə qarşı siyasət yürüdə bilərlər. Hər ikisinin Gürcüstana bizim qazdan daha ucuz qiymətə qaz təklif etmələri də bu siyasətin içindədir. Bunlar kiçik və görünən addımlardır. Məqsəd isə birdir - Azərbaycanın bütövləşməsini, güclənməsini, demokratikləşməsini əngəlləmək”.