Almatıda yüzlərlə insan mitinqə çıxıb
01.05.2019
Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində yüzlərlə adam icazəsiz mitinqlərə çıxıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. Almatıda mitinqlər Mədəniyyət və İstirahət Mərkəzi Parkında, Qazaxıstan paytaxtında isə Şəhər Administrasiyası binasının yaxınlığında keçirilir. İştirakçılar qarşıdan gələn prezident seçkilərinə qarşı çıxır, əlillərin, çoxuşaqlı anaların sosial müdafiəsinin artırılmasını tələb edir, atom elektrik stansiyasının tikintisinə etiraz edirlər.Hüquq-mühafizə orqanları nümayəndələri aksiya iştirakçılarına hərəkətlərinin qanunsuzluğuna dair xəbərdarlıq edib.
Polis aksiyada etirazçıları müşayiət edir, lakin onların hərəkətlərinə müdaxilə etmirlər.
Qeyd edək ki, aprelin 29-da Qazaxıstan Baş Prokurorluğu sosial şəbəkələrdə və messencerlərdə keçirilməsinə çağırışların olduğu mitinqlərin qeyri-qanuniliyi barədə vətəndaşlara xəbərdarlıq etmişdi.