Cümhur İttifaqı dağılır?
01.05.2019
Cümhur İttifaqı çevrəsində yorulmadan fitnə quyusu qazanlar üçün həm üzümüzü çevirmişik, həm də qapımızı bağlamışıq.
Bu sözləri MHP sədri Dövlət Baxçalı Cümhur İttifaqı ilə bağlı danışarkən deyib.
"Cümhur İttifaqı türk millətinin qərarı və üfüq bayrağıdır”, - Baxçalı bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyədə MHP-nin Cümhur İttifaqını tərk etmək istəməsi ilə bağlı xəbərlər yayılmışdı.