Bu gün İran Super Liqasında Təbrizin "Traktor” futbol komandası Tehranın "Perspolis” klubu ilə üz-üzə gələcək.
"Traktor” azarkeşləri bu prinsipial görüşə böyük həvəslə hazırlaşıblar və artıq sosial şəbəkələrdə bununla bağlı videolar paylaşıblar.
Qarşılaşmaya Rəşt türklərinin də böyük marağı var və onlar da artıq avtobusla yola düşüblər.
Bununla yanaşı, klubun Urmu və digər şəhərlərdən olan azarkeşlərini daşıyan avtobuslar İranın yol polisi tərəfindən saxlanılıb. Yol polisləri avtobusların Təbrizə getməsinə mane olsa da, azarkeşlər avtobuslardan enərək, piyada Təbrizə doğru hərəkət edirlər.
Təbrizli azarkeşlər də sosial şəbəkələrdə elan yayaraq xahiş edirlər ki, şəxsi maşını olanlar həmin azarkeşləri Təbrizə gətirsinlər.
Qeyd edək ki, "Traktor” - "Perspolis” qarşılaşması yerli vaxtla 17:00-da "Səhənd” stadionunda baş tutacaq.