Taksim meydanı mühasirəyə alındı
01.05.2019
İstanbul polisi 1 may mitinqlərinin keçiriləcəyi gözlənilən Taksim meydanını mühasirəyə alıb.
Məlumata görə, hazırda meydan istiqamətində avtomobil yolları da bağlanıb.
Qeyd edək ki, Türkiyə hökuməti İstanbulun Bakırköy və Maltəpə rayonlarında 1 may mitinqlərinin keçirilməsinə rəsmi razılıq verib.Taksim meydanında isə 2010-cu ildə 1 may mitinqlərinin keçirilməsinə icazə verilsə də, 2013-cü ildə yenidən qadağa tətbiq olunmuşdu.