Zurabişvili Trampın tvitini paylaşdı
30.04.2019
Gürcüstan Prezidenti Salome Zurabişvilinin ABŞ Prezidenti Donald Trampın tvitini paylaşması qalmaqala səbəb olub.
Qalmaqal Zurabişvilinin Trampın ABŞ-ın keçmiş vitse-prezidenti, hazırda prezidentliyə namizəd Co Bayden barəsində yazdığı tviti paylaşmasına görə baş verib. Tramp öz tvitində Baydeni "Yuxulu Co” adlandırıb və onun Pensilvaniyada keçirdiyi görüşləri tənqid edib.
Zurabişvilinin paylaşımı yalnız 1 saatdan sonra səhifəsindən silinib.
Sonradan jurnalistlərə açıqlama verən Gürcüstan Prezidentinin mətbuat katibi Xatiya Moisçrapişvili bu paylaşımı Zurabişvilinin etmədiyini və onun səhifəsinin kiberhücuma məruz qaldığını söyləyib:
"Texniki səhv olub. İlkin informasiyaya əsasən, bu tviti sosial şəbəkələrin idarəetməsi üzrə menecer paylaşıb, lakin kiberhücum versiyası da nəzərdən keçirilir. Buna görə də biz istintaq orqanlarına müraciət etməyə hazırlaşırıq”.