21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya ilk beşlikdən çıxdı

29.04.2019

2018-ci ildə qlobal hərbi xərclər 1,8 trilyon dollar təşkil edib.
Bu məlumat Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqatı İnstitutunun (SİPRİ) hesabatında yer alıb.
Məlumata görə, bu, 2017-ci ildəki göstəricilərdən 2,6% çoxdur. Ötən il ərzində qeydə alınan hərbi xərclər dünyanın ümumdaxili məhsulunun 2,1%-ni təşkil edib.
Budəfəki reytinqdə hərbi xərcləri çox olan ölkələr arasında ilk beşliyə Rusiya düşməyib. 2018-ci ildə Rusiyanın hərbi xərcləri 61,4 milyard dollar təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 3,5% az olub. Bununla Rusiya SİPRİ-nin reytinqində 6-cı yerdə qərarlaşıb.
İlk beşlikdə isə ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransa yer alıb. Onların payına dünyanın hərbi xərclərinin 60%-i düşüb. Siyahıdakı ilk 15 ölkə arasında hərbi xərclərini ən çox artıran Türkiyə olub. Onun hərbi xərcləri 2018-ci ildə 24% artıb.