"Ginnesin Rekordlar Kitabı"na düşən Azərbaycan şəhəri - FOTOLAR
26.03.2018
"Əfsanələr adası”, "Neftçıxarmanın pioneri”, "Möcüzələr adası” və sair müxtəlif adlarla çağırılan bu möhtəşəm şəhər möhtəşəmliyi ilə dənizin füsunkar mənzərəsinə ayrıca bir gözəllik qatır.
Dəmir konstruksiyalar üzərində qurulmuş bu şəhər Bakının Pirallahı rayonunun inzibati ərazi vahidində qəsəbədir. Qəsəbənin bünövrəsi ötən əsrin 47-ci ilində qoyulub. Dənizdə ilk neft çıxarılanda. Əvvəlcə, geoloq Ağaqurban Əliyev və SSRİ Elmlər Akademiyasının xüsusi ekspedisiyası "Qara daşlar”ın geoloji xəritəsini işləyib hazırlayır. 1948-ci ilin noyabrında qazılacaq ilk quyunun yeri müəyyənləşir. Sabit Orucov, Yusif Səfərov və Vladimir Roşin. Elə həmin ilin dekabrında inşaatçılar sərt qayalarda dirəklərin üzərində ilk taxta evi düzəldirlər. Bir ay sonra ilk buruq quraşdırılır. Elə Roşinin rəhbərliyi ilə. İki ay sonra, iyunun 24-də 1 nömrəli kəşfiyyat quyusunun qazılmasına başlanılır. Və nəhayət noyabrın 7-də dünyada ilk dəfə dənizdən neft çıxarılır. Buna görə də, Neft Daşları Ginnesin Rekordlar kitabına ən birinci dəniz neft plaftorması kimi düşüb. Bundan sonra "Qara Daşlar” Neft Daşları adlandırılır. Həmin tarix Neft Daşlarının ad günü olaraq qeyd edilməyə başlayır.
Xatırladaq ki, adanın sahəsi 600 hektardır. Bu möcüzəvi şəhərin üzərində durduğu estakadaların uzunluğu 300 km olsa da hazırda 30 km uzunluğu istismar edilir.
"Dövran Media" şəhərin müxtəlif yerlərindən çəkilmiş fotogörüntüləri təqdim edir: