Paşinyan Ermənistanı savaşa aparır
29.04.2019
Ermənistan hökuməti hələ də hansı prinsiplər əsasında danışıqlar aparacağını bəyan etmir.
Bunu Rusiyanın Federal Xəbərlər Agentliyinə müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryanın mətbuat katibi Viktor Soqomonyan deyib.
"Bununla bağlı müəyyən təhlükələr var. Xüsusilə ehtiyat edirik ki, erməni hökumətinin bu siyasətini beynəlxalq ictimaiyyət qeyri-konstruktiv adlandırsın. Bu isə döyüş fəaliyyətlərinin yenilənməsinə gətirib çıxara bilər. Bu, arzuolunmaz ssenaridir. Ümid edirəm ki, ən yaxın zamanda erməni tərəfi özünün prinsiplərini elan edəcək”, - o bildirib.