Multimilyoner Rusiyada həbs edildi
27.04.2019
Rusiya İstintaq Komitəsi ukraynalı biznesmen Pavel Klimetsi saxlayıb.
Bu barədə "Kommersant” qəzeti məlumat yayıb.
O, külli miqdarda rüşvət almaqda ittiham olunub. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsilə cinayət işi açılıb.
Qəzet ukraynalı multimilyonerin Moskvaya Donbas ərazisində 2014-cü ildəki müharibədən sonra itirdiyi aktivlərini yenidən bərpa etmək üçün gəldiyini iddia edib. Belə ki, o, bu savaşdan sonra öz sərvətinin 40%-ni itirib.