Hakan Fidanın Moskvaya məxfi səfəri
26.04.2019
Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hakan Fidan məxfi şəkildə Moskvaya səfər edib.
Bu məlumatı "RİA Novosti” agentliyi yayıb. Məlumata görə, Fidan Moskvada Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb.
Görüş zamanı Rusiya və Türkiyə prezidentləri arasında bir müddət əvvəl əldə olunan razılaşmaların reallaşdırılması və konkretləşdirilməsi istiqamətində müzakirələrin getdiyi bildirilib.