Bakıda “Formula-1” həyəcanı başlayır
26.04.2019
Bu gün Bakıda "Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin ilk yarış günü başlayır.
Uzunluğu altı kilometrdən bir qədər çox olan trasda bu gün hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq.
Bu gün Bakı Şəhər Halqasında "Formula-2” bolidlərinin sərbəst yürüşü, həmçinin, F2 pilotlarının sıralama yarışı keçiriləcək.
Həmçinin, gün ərzində Bakı trekində "Formula-1” bolidlərinin birinci və ikinci sərbəst yürüşləri baş tutacaq.
Bakıda sayca dördüncü dəfə keçirilən yarış aprelin 28-dək davam edəcək.