Bizi getməyə məcbur etdilər - Teleaparıcı
25.04.2019
Soyadlarımıza görə həmişə elə biliblər ki, Akif İslamzadənin həyat yoldaşıyam. Hətta hərdən deyirlər ki, yoldaşınız oxumur. Deyirəm, onsuz da oxumurdu.
Bu sözləri əməkdar artist, sevilən teleaparıcı Nailə İslamzadə rejissor Nail Naiboğlunun "21 sual” adlı Yutub layihəsinin suallarını cavablandırarkən deyib.
N.İslamzadə bildirib ki, indi də bir çoxu onu Sara xanımın gəlini bilir:
"Efirə Uluxanova kimi gəldim. İki-üç il sonra İslamzadə oldum. Həmin ərəfədə Akif İslamzadəyə görə bu soyad məşhur idi. Həm də Akif bəyin xanımının adı Nailə idi və bir övladı varıydı. Mənim də bir övladım var. İndi də elə bilirlər ki, mən Sara xanımın gəliniyəm. Hətta hərdən deyirlər ki, yoldaşınız oxumur. Deyirəm, onsuz da oxumurdu”.
Əməkdar artist Azərbaycan Dövlət Televiziyasından getməyindən də danışıb:
"AzTV-dən özüm getdim, amma məni getməyə məcbur etdilər. Mən getdiyim vaxtdakı şərait olmamışdı. Bir çoxlarımızı oradan getməyə məcbur etdilər”.