Prezident "Huavei" şirkətinin sədri ilə görüşdü
25.04.2019
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində "Huavei” şirkətinin sədri Lian Xua ilə görüşüb.
"Huavei” şirkətinin sədri Lian Xua artıq 15 ildən çoxdur Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirdi və onlara yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür edib.
Prezident İlham Əliyev "Huavei” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirbi, bu şirkətin informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu qeyd edib. Həmçinin 2015-ci ildə Çinə dövlət səfəri zamanı "Huavei” şirkətinin fəaliyyəti ilə yaxından tanış olduğunu bildirib. Azərbaycan ilə "Huavei” arasında əməkdaşlıq baxımından böyük perspektivlərin olduğunu deyən dövlətimizin başçısı bu şirkətin "Bakutel” sərgisində ənənəvi iştirakından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev İKT sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan danışdı, bu sahədə "Huavei” ilə əməkdaşlığın perspektivli olduğunu bildirib.
Söhbət zamanı İKT infrastrukturu, ağıllı kənd təsərrüfatı, ağıllı şəhər və ağıllı ev, rəqəmsal iqtisadiyyat, rəqəmsal təhsil və digər sahələrdə reallaşdırıla biləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.