İranda qasırğa: Məktəblər bağlandı
24.04.2019
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Mircavə rayonunda qum qasırğasına görə bütün məktəblərin fəaliyyəti dayandırılıb.
Bunu İranın Sistan və Bəluçestan vilayəti Mircavə rayonu qubernatoru Fərhad Sərhədi deyib.
F.Sərhədinin sözlərinə görə, güclü qum qasırğası ötən gündən Sistan və Bəluçestan vilayətinin şimal və mərkəzi hissələrində başlayıb: "Mircavə rayonunda qum qasırğasının sürəti saatda 80 kilometrə çatıb. Hava proqnozlarına görə, Sistan və Bəluçestan vilayətində sabah da güclü külək davam edəcək".