“Ginnesin Rekordlar Kitabı”na düşən ilk azərbaycanlı KİMDİR?
24.03.2018
"Dövran Media"nın məlumatına görə Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belcikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı «Ginnesin rekordlar kitabı»na düşmüş ilk azərbaycanlıdır.
Həmvətənimiz 5 dəqiqəyə 20 nəfərin kölgəsini (siluetini) cəkməklə bu şərəfə nail olub. F. Vəliyev həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri cəkməyə həsr edib. Onun 1992-ci və 1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgiləri təşkil edilib. Həmyerlimiz 2003-cü ilin dekabr ayında Brüsseldəki məşhur «Belqium» muzeyində Belcika kralicası Fabiolanın rəsmini cəkib. Əsər kralicanın cox xoşuna gəlib və o, həmyerlimizə məktub vasitəsi ilə öz təşəkkürünü də bildirib.