Qadın 27 il sonra komadan ayıldı - ŞOK
23.04.2019
Almaniya hospitalların birində qadın 27 il sürən komadan sonra özünə gəlib.
Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Münirə Abdullah 1991-ci ildə 4 yaşlı oğlu və kürəkəni ilə birlikdə avtomobil qəzasına düşüb. Onların avtomobili məktəb avtobusu ilə toqquşub. Qadın oğlunun üzərinə atılaraq onu xilas etsə də, özü ağır kəllə-beyin travması alıb.
Münirə yerli hospitala yerləşdirilib, sonradan isə London xəstəxanasına aparılıb. Yalnız minimal həyat əlamətinin göründüyü qadın vegetativ vəziyyətdə düşüb. Bir müddət sonra yenidən Birləşmiş Ərəb Əmirliklərinə gətirilib və əzələ tonusunun bərpası üçün fizioterapiya kursu keçib, lakin vəziyyəti düzəlməyib.
2017-ci ildə Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin—Zahid Münirənin vəziyyətindən xəbər tutub və onun Almaniya klinikalarından birində müalicəsinin xərclərini üzərinə götürüb. 2018-ci ilin iyun ayında həkimlərin gözləmədiyi anda qadın huşa gəlməyə və bəzi səslər çıxarmağa başlayıb. O, 27 ildən sonra ilk dəfə oğlunun adını çəkib, bir müddət sonra isə danışıb və hətta dua oxumağa başlayıb. Münirə hazırda Əbu-Dabidə müalicəsini davam etdirir.
"Mən anamın tarixçəsini danışıram ki, yaxınları bənzər vəziyyətə düşən insanlar ümidlərini itirməsinlər, onları ölmüş saymasınlar. Bütün bu dövr ərzində həkimlər anamdan ümidin kəsildiyini və müalicənin mənasız olduğunu deyirdi. Lakin mən tərəddüd etdiyim zaman özümü onun yerinə qoyur və anamın vəziyyətini yaxşılaşdırmaq üçün əlimdən gələni edirdim”, - Münirənin oğlu Ömər Bəbər jurnalistlərə müsahibəsində belə deyib.