Nazarbayevin təklifi qəbul edildi
23.04.2019
Qasım Jomart Tokayev hakim Nur Otan Partiyasının namizədi kimi seçkilərdə iştirak etməyi qəbul edib.
Bu barədə Tokayev Nur Otan Partiyasının qurultayında çıxışı zamanı bildirib.
"Mən Qazaxıstanın birinci prezidentinin yolunu davam etdirməyi özüm üçün şərəf və müqəddəs vəzifə hesab edirəm”, - Tokayev bildirib.
Qeyd edək ki, sözügedən qurultayda Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev hazırkı dövlət başçısı Qasım Jomart Tokayevin ölkə prezidenti vəzifəsinə namizədliyinin irəli sürülməsini təklif edib.