ABŞ-ın müttəfiqi Rusiyadan 9 milyardlıq silah alır
23.04.2019
Pakistan Rusiya qırıcıları, hərbi helikopterləri, hava hücumundan müdafiə sistemləri, tankları və hərbi gəmiləri almaq üçün Moskva ilə çoxmilyardlıq müqavilə imzalamaq niyyətindədir.
Müqavilənin dəyərinin 9 milyard dollar olması nəzərdə tutulub. Rəsmi İslamabadın məhz hansı Rusiya texnikası almaq istədiyi açıqlanmayıb.
Qeyd edək ki, hazırda Pakistanın əsas silah təchizatçısı Çindir. 2008-2018-ci illərdə Çin bu ölkəyə 6,4 milyard dollarlıq silah tədarük edib. Ondan sonrakı yerlərdə ABŞ (2,5 milyard) və İtaliya (471 milyon) dayanıb.