Kravçuk Zelenskiyə məsləhət verdi
23.04.2019
Ukraynanın yeni prezidenti Vladimir Zelenski Krıma münasibətdə mövcud dövlət siyasətini dəyişməli, xüsusilə krımlılarla insani münasibətləri yoluna qoymalıdır.
Bunu "RİA Novosti Krım”a müsahibəsində Ukraynanın eks-prezidenti Leonid Kravçuk deyib.
"Bütün blokadalar ləğv edilməlidir. Ukrayna və Krım arasında münasibətlər inkişaf etdikcə və dərinləşdikcə doğru nəticələr çıxarmaq mümkün olacaq” – deyə o bildirib.
Kravçukun bu müsahibəsinə dərhal Rusiyadan senator Aleksey Puşkov cavab verib. O, Ukraynanın Krımın geri qaytarılmasına ümid etməməsi gərəkdiyini bildirib:
"Zelenskiyə Krıma qarşı blokadanı dayandırmağı məsləhət görəndə Kravçuk Krımın Ukrayna ilə yaxınlaşmasını nəzərdə tutur. Krımın sərfəli geri qayıdışına ümid etmək gərək deyil. Lakin blokadanın ləğvi ideyası məntiqlidir. Bu, Zelenski üçün testdir”.