İstanbulda torpaq sürüşməsi: Bina uçdu
22.04.2019
Türkiyənin İstanbul şəhərinin Kağızxana bölgəsində inşaat işləri ilə əlaqədar qazılan çalada torpaq sürüşməsi olub.
Torpaq sürüşməsi nəticəsində dördmərtəbəli bina uçub. Binanın uçması nəticəsində xəsarət alan olmasa da, bir neçə avtomobilə ziyan dəyib.
Ətrafdakı binalarda məskunlaşan sakinlər təxliyyə edilib.