Ukrayna xalqı Maydana çıxacaq - Proqnoz
22.04.2019
Ukrayna xalq 6 ay sonra Vladimir Zelenskinin istefasını tələb edəcək.
Bunu "RİA Novosti”yə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.
"Liberal Demokrat Partiyası Ukraynadakı prezident seçkisinin birinci turundan öncə Dumaya Ukrayna seçkisinin nəticələrinin tanınmaması barədə qanun layihəsi təqdim etmişdi. Biz öz mövqeyimizi dəyişməmişik. Ona görə ki, Ukrayna hökuməti praktik olaraq Donbas və Luqanskı səsvermədən məhrum edib, ölkə tam ABŞ müstəmləkəsinə çevrilib. Yaxın 20-30 il ərzində Rusiya-Ukrayna münasibətlərində yaxşılaşma baş verməyəcək”, – deyə o bildirib.