Şri-Lankada matəm günü elan edildi
22.04.2019
Şri-Lanka hökuməti ölkədə baş vermiş terror aktları ilə bağlı aprelin 23-nü matəm günü elan edib.
Bu barədə "News 1st” telekanalı məlumat yayıb.
Qeyd edək ki, ötən gün Şri-Lankada katoliklərin Pasxa bayramını qeyd etdiyi ərəfədə 8 yerdə partlayış baş verib. Partlayışların əksəriyyəti kilsə və otellərdə törədilib. Nəticədə 290 nəfər ölüb, 500 nəfər xəsarət alıb. Polis hadisədə şübhəli bilinən 24 nəfəri saxlayıb.
Ölənlər arasında xarici ölkə vətəndaşları da var.