Əlaqələr pisləşsə... - Senator Türkiyəni “hədələdi”
22.04.2019
ABŞ Ankara ilə münasibətlərin pisləşəcəyi halda İncirlikdəki hərbi bazasını Yunanıstanda yerləşdirə bilər.
Bunu Yunanıstanın "Karimerini” qəzetinə müsahibəsində ABŞ-ın demokrat senatoru Bob Menendez deyib.
"Biz Türkiyənin doğru olmayan yolla gedəcəyini gözləmirik. Əgər onlar yanlış yolla getsələr, biz əlimizdən gələn hər şeyi edəcəyik ki, milli təhlükəsizliyimizi və müttəfiqlərimizin təhlükəsizliyini müdafiə edək. Biz hər şeyi, o cümlədən Türkiyədəki bazamız və qüvvələrimizin yerdəyişdirməsini həyata keçirə bilərik. Ümid edirik ki, bu vəziyyətə gəlib çıxmayacağıq. Türkiyə öz kursunu müəyyən etməlidir və bu, onun da maraqlarına uyğundur”, – deyə o bildirib.