Bu yataqlardan 279 milyon ton mənfəət nefti əldə edilib
22.04.2019
Azərbaycan bu vaxtadək "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 279 milyon ton mənfəət nefti əldə edib.
ABu barədə aprelin 22-də Bakıda işə başlayan SOCAR-ın IV beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” Forumunda şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
"İndiyədək "Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. İşlənmənin əvvəlindən bu vaxtadək dünya bazarında Azərbaycanın payına düşən 279 milyon ton mənfəət nefti satılıb”, - deyə SOCAR-ın rəsmisi bildirib.