Neftin qiyməti kəskin bahalaşdı
22.04.2019
Dünya bazarlarında neft qiymətləri bu gün kəskin bahalaşıb.
"Brent” markalı neftin bir barreli 1,64 dollar qalxaraq, 73,61 dollar olub.
VTİ markalı neftin barreli isə 1,41 dollar qalxıb və 65,41 dollara satılır.
Ekspertlər neftin bahalaşmasına səbəb kimi ABŞ-ın İrandan neft idxalına tətbiq etdiyi güzəştin ləğvinə hazırlaşmasını göstərib. Belə ki, bu gün Pompeonun İrandan 2 maydan etibarən neft idxalının tam dayandırılması üçün müraciət edəcəyi gözlənilir.