Kılıçdaroğlunun döyülməsinə Davutoğludan sərt reaksiya
21.04.2019
Yeni partiya quracağı iddia olunan sabiq baş nazir Əhməd Davutoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun hücuma məruz qalmasına münasibət bildirib.
Kılıçdaroğlu "acılarımızı təxribatlara alət etmək istəyənlərə izn vereməyəcəyik", deyə bildirib.
Davutoğlu Tviter hesabında paylaşdığı qeyddə bildirib ki, siyasi liderlər qütbləşdirici siyasi çıxışlardan uzaq durmalıdırlar.
O, Hakkari vilayətində şəhid olmuş hərbçilərdən birinin dəfn mərasimində CHP lideri Kılıçdaroğluna qarşı hücumu kəskin şəkildə pislədiyini deyib
Qeyd edək ki, Ankaranın Çubuk rayonunda şəhidin dəfn mərasimində iştirak edən Kamal Kılıçdaroğluna bir qrup şəxs hücum edərək ona zərbələr endirib.