Türkiyənin paytaxtı Ankaranın Çubuk rayonunda şəhidin dəfn mərasimində Cümhuriyyətçi Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna hücum edilib.
Hakkaridə terrorçular tərəfindən şəhidedilən Yener Kırıkçının dəfnində gözlənilməz anlar yaşanıb.
Çubuk rayonunun Akkuzu məhəlləsindəki dəfn mərasimində Ankara böyük şəhər bələdiyyəsinin sədri, CHP üzvü Mansur Yavaşla birlikdə partiyanın sədri Kamal Kılıçdaroğlu da iştirak edib. Bir qrup şəxs Kılıçdaroğluna hücum edərək ona zərbələr endirib.
Prokurorluq insidentlə bağlı araşdırmaya başlayıb.