Tonoyan Qarabağa gəldi
21.04.2019
Ermənistanın müdafiə naziri David Tonoyan işğal altında olan Dağlıq Qarabağa gəlib.
"Dövran Media" "Novosti Armeniya"ya istinadla xəbər verir ki, Tonoyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Bako Saakyanla görüşüb. Görüşdə "DQR-in dövlət naziri” Qriqori Martirosyan da iştirak edib.
David Tonoyanın başçılıq etdiyi nümayəndə heyətində Ermənistanın ərazi idarəçiliyi və inkişaf naziri Suren Papikyan, İrəvan meri Ayk Marutyan yer alıb.