Azərbaycana qar yağır - FOTOLAR
20.04.2019
Ötən gecə Naxçıvan Muxtar Respublikasında qarlı hava şəraiti müşahidə edilib.
Gecədən başlayan qarlı hava şəraiti hələ də davam edir.
Lerik rayonuna da güclü qar yağıb. Qarın hündürlüyü dağlıq ərazidə 10-15 sm-ə, digər ərazilərdə isə 3-4 sm-ə bərabər olub.
***
Ötən gecədən başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağır.
Qubanın bir neçə dağ kəndi artıq ağ örpəyə bürünüb.
Qar meyvə ağaclarına zərər vurub.
Məlumata görə, hazırda sözügedən bölgələrdə qar yağıntısı davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün, aprelin 20-də rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.