Lukaşenko seçkinin vaxtını açıqladı
19.04.2019
Belarusdakı prezident seçkisi əvvəlcədən nəzərdə tutulan kimi qalacaq, yəni 2020-ci ildə keçiriləcək.
Bunu parlamentə müraciətində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, parlamentin aşağı palatası üçün nəzərdə tutulan seçki isə 2019-cu ilə keçiriləcək:
"Bizim hökumətimizdə nə olmasından asılı olmayaraq prezident seçkisi 2020-ci ildə baş tutacaq. Biz xalqla oynamayacağıq, biz siyasi oyunlar təşkil etməyəcəyik”.
Qeyd edək ki, bundan öncə Belarus parlamentinə seçkinin 2020-ci ilin 10 sentyabr, prezident seçkisinin isə 30 avqustda keçiriləcəyi bildirilmişdi.