Çavuşoğludan S-400 açıqlaması: ABŞ-a dedik ki...
19.04.2019
10 ildir müttəfiqlərimizdən almağa ehtiyac duyduğumuz hava hücumundan müdafiə sistemlərini ala bilmədiyimizə görə Rusiyadan S-400-ləri alırıq. Bütün mübahisələr məhz bununla əlaqədardır.
Bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
"Vaşinqton səfərimiz zamanı ABŞ-dan olan həmkarlarımıza təklif etdik ki, NATO-nun da iştirak etdiyi ortaq komissiya qurulsun və son sözü peşəkarlar söyləsin. Çünki S-400-lə bağlı bəzi iddialar ortaya atılır və bunlar reallığı əks etdirmir. Biz S-400 sisteminin proqramları da daxil olmaqla nəzarətimizə verilməsinə xüsusi həssaslıqla yanaşmışıq”, - o bildirib.