03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

AQTA monitorinqlərə başladı

19.04.2019

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlıq subyektlərinin qanunsuz fəaliyyətinin qarşısını almaq üçün monitorinqlərə başlayıb.
AQTA-dan verilən məlumata görə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması üçün verilən müddət 2018-ci ilin dekabrın 31-də bitib. Bu müddət ərzində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı ilə bağlı dəfələrlə sahibkarlara rəsmi müraciətlər olunub, mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib və KİV-də Agentliyin adından sahibkarlıq subyektlərinə çoxsaylı xəbərdarlıqlar ünvanlanıb.
Lakin qeydiyyat üçün kifayət qədər uzun müddətin ayrılmasına və prosedurun asan olmasına baxmayaraq qida məhsulları sahəsində fəaliyyət göstərən əksər sahibkarlıq subyektləri qeydiyyatdan keçmək üçün müraciət etməyib. "Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış qida sahəsində fəaliyyət göstərən subyektlərin fəaliyyəti qadağandır.
Qida sahəsində qanunsuz fəaliyyətin qarşısını almaq üçün Agentlik aidiyyəti orqanlarla birlikdə paytaxtın Səbail rayonu ərazisində 50-ə yaxın ictimai-iaşə obyektində reyd keçirib. Reydlər zamanı fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmayan, qida təhlükəsizliyi qeydiyyatından keçmədən qida sahəsində çalışan subyektlərə qarşı qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.