Rusiyada özəl şirkətlər qəbiristanlıqlar yaradacaq
19.04.2019
Rusiyada özəl qəbiristanlıqlar yaradılacaq.
KİV-in məlumatına görə, müvafiq sənəd Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanır.Burada söhbət dövlət-özəl tərəfdaşlığından gedir. Belə ki, "Dəfn işləri" haqqında yeni qanun özəl şirkətlərə dövlət torpağında yeni qəbiristanlıqlar yaratmaq imkanı verir. Bildirilir ki, xüsusi reyestrdən keçən şirkətlər dəfn xidmətləri göstərə biləcək.