Məni buna görə sevmirlər - Babiş
18.04.2019
Çexiyanın maraqlarına görə miqrasiyaya qarşı çıxdığım üçün Avropada çoxları məni bəyənmir.
Bunu jurnalistlərə açıqlamasında Çexiyanın Baş naziri Andrey Babiş deyib.
"Mən Almaniya və Fransanın yox, Çexiyanın maraqları uğrunda mübarizə apardığıma görə sevilmirəm. Almaniya KİV-lərinin V-4 (Çexiya, Slovakiya, Polşa, Macarıstan) ölkələrinə qarşı çıxışı bu miqrasiya tərəfdarı, liberalyönlü KİV-lərə və qruplara mane olur”, - o bildirib.