ABŞ-ın "Raytheon” şirkəti Türkiyəyə AMRAAM raketlərini satacaq
Bu barədə informasiyanı "Röyter” agentliyi yayıb. Türkiyə ilə bərabər raketlərin Yaponiya, Cənubi Koreya, Mərakeş, Polşa, İndoneziya, Rumıniya, İspaniya, Bəhreyn və Qətərə də satılacağı bildirilir.
Qeyd edək ki, AMRAAM ABŞ-ın silahlanmasında olan ən güclü idarə olunan raketlərdən biri sayılır. 1991-ci ildə ABŞ silahlanmasına daxil olan raket hava-hava sinfinə aiddir. Bu raketlər F-15, F-16, F-18 və F-22 təyyarələri üçün nəzərdə tutulub. Axar.az