AKP-dən İmamoğlunun qələbəsinə qəribə REAKSİYA
18.04.2019
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul şöbəsinin keçmiş sədri Səlim Temurci İstanbulda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı açıqlama verib.
O, nəticələrin AKP-nin namizədi Binəli Yıldırımın əleyhinə olmasından dolayı kədərləndiklərini bildirib.
CHP-nin qalib gəlmiş namizədi Əkrəm İmamoğlunun mandatını almasından sonra sosial şəbəkə üzərindən açıqlama yayan Temurci qeyd edib:
"Sevdamız dediyimiz bu şəhəri yarım əsr sonra itirdiyimizi düşünmək belə, içimizi ağrıdır. Ən önəmlisi isə, seçkiləri vicdan və əxlaq baxımından uduzmaq AKP-ni bir hərəkat kimi qəbul edən bizləri qəhərləndirib.
Amma igid yıxıldığı yerdən qalxmağı da bacarandır”.
Qeyd edək ki, martın 31-də keçirilmiş bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu qalib gələrək, İstanbulun yeni bələdiyyə sədri seçilib.