Maduro ABŞ-ın yeni sanksiyalarından danışdı
18.04.2019
ABŞ-ın Venesuelanın Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq etməsi əxlaqsızlıqdır.
Bu sözləri Veneseula Prezidenti Nikolas Maduro deyib.
Onun sözlərinə görə, ABŞ-ın yeni sanksiyaları Venesuelaya əlavə güc verəcək. Maduro həmçinin Mərkəzi Bankın Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlərin öhdəsindən gələcəyini bildirib.